SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur müğənni Nadir Qafarzadənin üzündəki dəyişiklik izləyicilərin diqqətini maqnit kimi çəkib.

BAKU.WS məlumatına görə, Qafarzadənin İnstaqram hesabında paylaşdığı bir sıra fotolarında üz cizgilərinin köklü şəkildə dəyişdiyi açıq-aşkar görsənir. 47 yaşlı sənətçinin üzündəki qırışlar yox olub, yanaqları isə daha hamar və həcimli olub.

Öncəki görünüşü ilə indiki arasında yerlə göy qədər fərqli olması, sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. Nadirin yeni fotolarını izləyicilərin bəzilər fotoşop etdiyini, digərləri isə üzünə dolğu və botoks etdirdiyini yazıblar.

Qafarzadə yazılan şərhlərdən bezərək, açıqlama verib: “Heç bir botoks, əməliyyat falan etdirməmişəm. Sadəcə şəkillərimi yeni aldığım telefonla çəkirəm. Yəni xüsusi proqramdan istifadə edirəm”.

Nadirin rəsmi instagram səyfəsində paylaşdığı son fotolarını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS