SİZİN REKLAM BURADA!
055 213 76 73



Space TV-də yayımlanan "Zəhmətkeş ulduzlar" verilişində heç kəsin bilmədiyi sirrin üstü açılıb!

Hər buraxlışında müxtəlif regiona səfər edən aparıcı Ülviyyə Əliyeva və onun məşhur qonaqlı bu dəfə Xızıya yola düşüblər.

Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına "Xala, üzün mənə elə tanış gəlir" deyə müraciət edib. Qadın müğənni Nadir Qafarzadənin böyük bacısı (Afət) olduğunu söyləyib.

Bu məsələnin nə qədər həqiqətə uyğun olduğunu bilmək üçün BAKU.WS verlişin aparıcısı Ülviyyə ilə əlaqə saxlayıb. Aktrisa bildirdi ki, hər kəsin düşündüyü kimi bu bir şou deyildi:

"Həqiqətən də Afət xanım müğənni Nadir Qafarzadənin bacısıdır. Yorulduğumuzu görən Afət xanım bizi evinə qonaq çağırdı. Onun 4 otağlı, gözəl, işıqlı və şəraiti olan evi var. Sosial şəbəkələrdə yazıllar ki, yəqin Nadirin bacısı yoxsul yaşayır. Bu əsla belə deyil. Bizim komandamıza gözəl süfrə də açdı. Afət həm də etiraf etdi ki, qardaşı Nadir qayğısını və yardımını onlardan əsirgəmir".

Verilişdən sözügedən kadrları sizə təqdim edirik.

Rəşad Əliyev
BAKU.WS