SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən gənc müğənni Səmra Rəhimlinin başına iş gəlib. Sosial şəbəkələrdə ifaçıya məxsus olduğu iddia edilən çılpaq foto yayılıb.

Səhifələrdə qeyd olunur ki, sənətçi sözügedən paylaşımı instaqram səhifəsində edib və onu təhqir edənlərə ismarış yollayıb: “Maraqlıdır ki, bir insanı təhqir etməklə nə qazanır? Mən kimisə təhqir edəndə Allahdan 100 dəfə tövbə diləyirəm ki, bağışlasın”.

Əldə etdiyimiz məlumata görə, həmin fotonu ifaçı instaqram səhifəsində paylaşmayıb və sosial şəbəkələrdə yayılan şəkil Səmra adlı model bir xanıma məxsusdur.

Hətta həmin model yataqda çılpaq fotosunu öz instaqram hesabında yayımlayıb. Müğənni mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Səmra şəkildəki qızın o olmadığını bildirib:

“O foto mənə məxsus deyil. Xahiş edirəm, sosial şəbəkələrdəki səhifələr və media bu məqamlarda diqqətli olsun. Çox həssas bir mövzudur. Və burdan bəyan edirəm ki, mənə məxsus olmayan şəkilləri adıma çıxaran, deməyidiyim sözlərdən xəbər yazıb dərc edənləri məhkəməyə verəcəm. Onlar hüquq-mühafizə orqanlarına və mənə cavab verməli olacaqlar”.

BAKU.WS