SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Xocalı soyqırımından 26 il keçir. Bir çox sənət nümayəndələri Xocalı soyqırımı ilə bağlı layihələr edərək, həmin gecə erməni təcəvüzkarları tərəfindən qanına qaltan olmuş şəhidlərin ruhunu anıblar. 

BAKU.WS məlumatına görə, müğənni Aysel sənət yoldaşları kimi yeni layihəsini təqdim edib. Bu il ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək sənətçi “Wistfulness” adlı kompozisiya hazırlayıb. Bu kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib.

Sənətçinin sözlərinə görə : "Bu il “Avroviziya” təmsilçisi olmağım mənim üçün bir şans idi. Bu şansdan istifadə etməyə bilməzdim. Bu, vəhşiliyi dünyaya çatdırmaq üçün belə bir mahnı hazırladım”. Sözügedən mahnıda kamançanı xalq artisti Fəxrəddin Dadaşov, muğamı isə Vüqar Əliyev ifa edib. İdeya müəllifi isə Azər Cəfərliyə məxsusdur.

Ayselin “Wistfulness” adlı kompozisiyasına çəkilmiş ekran əsərini sizə təqdrim edirik :

Rəşad Əliyev
BAKU.WS