SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan həmkarı əməkdar artist Lalə Məmmədovanın onunla bağlı söylədiyi təngidi fikirlərə instagram hesabında cavabını verib!

BAKU.WS-in məlumatına görə, Röya baş verən qalmaqala aydınlıq gətirib. “Çox rica edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin bir seçimi var. Mən də İradədən və Lalədən mənim seçimimə hörmətlə yanaşmalarını istəyirəm”.

Milyonların sevimlisi Röya Türkiyədə 25 il yaşadığını yazıb :

“Qızlar aldanmamışam. Orada şou-biznesə pul da tökmürəm. 25 ildir Türkiyədə yaşayıram, orada ailəm var. Söhbəti uzatmayın. Arxamda möhkəm duran dostlarım var. Bu arada, deyim ki, Lalə də bilsin. Keçən il Antalyada konsertim oldu və Polat Yağcı (“Poll Production” musiqi şirkətinin sahibi – red.) tədbiri təşkil etdi, hamı kimi, mənə də qazandırdı. Mənə görə narahat olmayın. Sağlam addımlayıram və bu addım da sizindir. Büdrəsəm də sizsiniz, yüksəlsəm də... Sizdən pul istəyən yoxdur. Sadəcə, xeyir və şər işlərinizdə mən sizin əlinizi necə sıxıramsa, siz də mənim əlimi elə sıxın”.

Nəzərinizə çatdıraq ki, bir müddət öncə İradə İbrahimova əməkdar artist Röya Ayxanın ünvanına "Türkiyədə ulduz olmayacaqsan" sözlərini deyib,ona ünvanına atmaca atıb. İbrahimovanın işlətdiyi bu kəlmələrdən bərk qəzəblənən Röya İradəni efir vasitəsi ilə rüsvay edib. Lalə Məmmədova isə bu qalmaqalın üstünə benzin səpərək munaqişəni daha da alovlandırıb və İradənin tərəfini saxlayıb.

Rəşad Əliyev
BAKU.WS