VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Elza Seyidcahan tədbirlərin birində ölkə xaricində yaşayan bacısı, müğənni Rasimə Seyidcahanla birgə iştirak edib.

BAKU.WS yenicag.az-istinadən xəbər verir ki, fotokamerasına poz verən Rasimə bacısı Elza Seyidcahanla bağlı maraqlı açıqlamalar verib. O, hətta bacısı ilə aralarında yaşanan dava-dalaşı da gizlətməyib.

“Elza həyat yoldaşından ayrılandan sonra onunla tez-tez mübahisələrimiz olurdu. Oğlu Ələkbər yeniyetmə olanda, deyirdim ki, onu nəzarət altında saxla. Oğlan uşağıdır, pis çevrəyə düşə bilər. Elza isə deyirdi ki, sən qarışma, özüm bilərəm. Küsəndə mənə banan yollayırdı ki, onunla barışım. Günü bu gün də aramızda mübahisələr, hətta davalar olur. Şeirlərini, geyimlərini tənqid edirəm. Bəzən geyindiyi paltarlar xoşuma gəlmir, deyirəm, ay Elza, bu nə şlyapadır, bu nə aksessuardır, çıxar bunları. Buna görə qırğına çıxdıq. Əsəbiləşir ki, mən özüm bilərəm necə geyinirəm, necə hərəkət edirəm, sən mənə ağıl öyrətmə. Şeirlərinə görə də onu tənqid edirəm. Çünki onun şeirlərini istehza ilə qarşılayanlar da olur. Bu bacı kimi mənə toxunur. Amma sonradan baxıb görürəm ki, Elzanı sadəcə anlamaq lazımdır. Bəlkə də Elzanı anlamaq üçün əsrlər lazım olacaq. Onun şeirinin hər misrasında bir məna yükü var. Vaxt gələcək, onu dahi şair kimi qəbul edəcəklər. Bütün dahilər zamanında qəbul olunmayıb ”.

BAKU.WS