“Eurovision 2011”in qalibi Nigar Camal bəzi həmkarlarına səslənib. BAKU.WS-in məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, onun adı Azərbaycanın tarixinə düşüb:

“2011-ci ildə biz qalib olanda bir çox insanlar yatmamışdılar. Bayıra çıxıb bizim qələbəmizin sevincini yaşayan insanlar indi bizim uğurumuza dırnaqarası baxır. 6 ildən sonra nə oldu? Nə dəyişdi? Kaş hər müğənni 1 ilin içində həm “Eurovision”u qazansın, həm də digər uğurlara sahib çıxsın. Mənim səsimi sevmirsən, qulaq asma. Mən demirəm kİ, “Nömrə 1” müğənniyəm. Amma mən tarixə düşmüş insanam”.

BAKU.WS