SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın 25 ildən artıqdır ən məşhur və reytinqli verilişlərindən olan “Pole Çudes”in ötən gün axşam efirə gedən buraxılışı 20 illik yubileyini qeyd edən “Azərçay”a həsr edilib.

BAKU.WS-in məlumatına görə, Leonid Yakuboviçin aparıcılığında efirə gedən “Pole Çudes” verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov olub.

Verilişdə Azərbaycanın rəqs, musiqi və çay ənənələri nümayiş olunub, studiyanın özü isə Azərbaycanın milli ornamentləri ilə bəzədilib.
Murad Dadaşov aparıcı Leonid Yakuboviçə “Qarabağ” klubunun formasını hədiyyə edib. Formanın üzərində isə “Qarabağ”ın futbolçularının imzası olub.

Bundan başqa, əməkdar artist Yakuboviçə müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib

Maraqlı keçən verilişin qalibi Murad Dadaşov olub.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS