SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın məşhur "Pole çudes” yarışmasının aparıcısı Leonid Yakuboviç Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, aparıcı Tofiq Bəhramov adına Respublika Stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” – "Samtredia” oyununu canlı izləyənlər arasında yer alıb. Yakuboviçin fotoları sosial şəbəkədə yayılıb.
 
Qeyd edək ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.
 
BAKU.WS