SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə bağlıdır. Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsi noyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Əsli Ənvərin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı.

Nazim
BAKU.WS