VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"5-də 5” verilişində əməkdar artist Elnarə Abdullayevanın aparıcı Zaur Kamalla maraqlı dialoqu olub.

BAKU.WS-in məlumatına görə, "Xəzər” TV-də yayımlanan verilişə qonaq çağırılan müğənni Zaurun ana və atalarla bağlı sözlərini cavabsız qoymayıb.

"Ay camaat. Eşitdiniz də ana laylasını. İndi əziyyət çəkin siz də uşaqlara lay-lay çalın. Uşaqlar da gələcəkdə sizə ağlasın. Bircə gecə uşağın başının üstündə durub bir az mızıldansanız uşağın ruhunda qalacaq. Uşağı atırsız ananın üstünə, gedib şellənib yatırsız. Ona görə də uşaq yanında lay-lay deyin ki böyüyəndə heç olmasa ağlasınlar".

Elnarə Abdullayevanın bu sözləri studiyadakı tamaşaçıların alqışları ilə qarşılanıb. 

Verilişdən olan görüntüləri təqdim edirik:

Şahin

BAKU.WS