VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hər zaman gözəlliyi və cazibədarlığı ilə göz oxşayan müğənni Afaq Aslan yeniliklərə doymaq bilmir.

Belə ki, cazibədar müğənni yeni və olduqca məsuliyyətli bir təklif alıb.

Bu barədə açıqlama verən müğənni, Ukraynada keçiriləcək gözəllik müsabiqəsinə qatılacağını bildirib:

“Hər il Ukraynada keçirilən gözəllik yarışması bu il də baş tutacaq. Onu da qeyd edim ki, bu yarışmada 23 ölkəni təmsil etmək üçün gözəl xanımlar dəvət olunur. Məhz Azərbaycanı təmsil etmək üçün də bu dəvət mənə gəldi. Ölkəmizi bu cür dünya səviyyəli bir müsabiqədə təmsil edəcəyim üçün çox sevinirəm. Ən əsası da bu böyük məsuliyyətdir. İnşallah ki, hər şey çox yaxşı olacaq”.

BAKU.WS