32 yaşı olan Pərvin Abıyevanın TƏMTƏRAQLI AD GÜNÜNDƏN GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün aktrisa Pərvin Abıyevanın 32 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, aktrisa ailə üzvlərini, yaxınlarını və dostlarını bir araya yığaraq özünə təmtəraqlı ad günü keçirib.
Abıyevanın doğum günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Gecənin aparıcısı Samir Bayramlı olub. Pərvinlə dostlarının əyləndiyi qonaqlıq maraqlı şoularla yadda qalıb.
Aktrisanın doğum gününə qatılan məşhurlar arasında Xalq artisti Aygün Kazımova da olub. O, Abıyevaya böyük qızılgül buketi təqdim edərək onu ad günü münasibətilə təbrik edib.
Qonaqlıq zamanı Abıyeva iki fərqli libasda olub. O, dərin sinə dekolteli geyimləri ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
BAKU.WS aktrisanın ad günündən olan götrüntüləri təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Açıq-saçıq geyimləri cırılan, tənqid edilən, bəyənilməyən azərbaycanlı MƏŞHURLAR - FOTO
Daim bütün diqqətləri üzərinə toplayan sənət aləmindəki məşhurlar bəzən də zaman-zaman qalmaqallı geyimləri ilə gündəmə gəliblər. Bəziləri həddən açıq-saçıq lib...