VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


1 oktyabr tarixindən "Maşın" şounun 15-ci, yubiley buraxılışı yayıma çıxacaq.

Bu məlumatı BAKU.WS-ə "M Group Production”ın baş prodüser Toğrul Məmmədov təsdiqləyib.

Bu realiti şou Azərbaycan teleməkanında nəinki ən uzunömürlü, həm də ən reytinqli yarışmadır. Azərbaycan tamaşaçısı yerli kanallarımıza baxmır. "Maşın şou" isə Azərbaycan tamaşaçısını Türkiyə və Rusiya kanallarından ayırıb yerli kanallara baxmağa cəlb edir. "Maşın" şou yeganə milli layihədir ki, yaxın vaxtlarda digər ölkələrin telekanallarında da yayımlanacaq.

Layihənin təşkilatçıları əmin edir ki, "Maşın şou"nun məzmunu həmişə olduğu kimi əvvəlkilərdən fərqli olacaq. Artıq çəkiliş meydançasında möhtəşəm işlərə start verilib. Bu dəfəki layihədə 18 yerli ən məşhur şou-biznes nümayəndələri, idmançılar, aktyorlar və tele-aparıcılar maşın uğrunda mübarizə aparacaq.

Şahin

BAKU.WS