VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu il "Eurovision"da Azərbaycanı təmsil edən Diana Hacıyeva "Eurovision" 2011-in qalibi Nigar Camalın cavabını verib. 

BAKU.WS-in məlumatına görə, Diana Hacıyeva N.Camalının tənqidinə kobud cavab verərək bildirib ki, klublarda oxumaq "zapodlo" deyil. 

"Belə deyim də, bir az kobud çıxacaq. Klublarda oxumaq o qədər də ayıb deyil. Əsas odur səs yaxşı olsun. Əgər səs yaxşıdırsa deməli hər şey yaxşıdır. Düzünü desəm, klublara gələn tamaşaçılar daha yaxşı olur. Çünki onlar məhz səni dinləməyə gəlirlər. Sən artist, müğənni, resjissor, kiniooperator, rəssam olursansa, sən hər şeyə hazır olmalısan. Çünki sənin haqqında danışacaqlar. Mən öz işimlə məşğulam və xoşbəxtəm". 

Diana hacıyeva hətta Nigar Camala təşəkkür də edib: 

"Çox sağolsun ki, o mənim haqqımda danışır. Əla. Görürsünüz, onun beyni belə mənim haqqımda düşünür. Bu gözəldir. Niyə də ki, yox? Mənim səhnədə çıxış edən insanın haqqında fikrim necə ola bilər ki? Əlbəttə ki, yaxşı. Hər kəsin şəxsi fikri var". 

Qeyd edək ki, bir müddət əvvəl Nigar Camal  Diananın stilini Azərbaycanda qəbul etməyəcəklərini deyib. İfaçı həmkarını n səhnədə hərəktlərini başa düşmədiyini və jurnalistlərə qarşı soyuq davrandığını deyib. 
 
İman
BAKU.WS