SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prodüser Təranə Səmədova hazırda həbsxanada olan keçmiş sevgilisi Fərid Azayevin fotosunu paylaşaraq onu ad günü münasibətiylə təbrik edib.

BAKU.WS-in məlumatına görə, qalmaqallı prodüser polislərin peşə bayramını təbrik edib. O, həmçinin zorlamaq ittihamı ilə həbs olunan Fərid Azayevi də doğum günü münsaibəti ilə birgə fotosunu paylaşıb:

"Polis işçilərinin peşə bayramıdır... Eyni zamanda da hazırda həbsdə olsa da, mənim xatirəmdə hər zaman polis kimi qalacaq Fərid Azayevin ad günüdür. Həmişə iki bayramı bir arada qeyd edərdik. Elə düşünürdüm ki, bayramla doğum gününün bir arada olması onun taleyinə elə-belə yazılmayıb. Amma sən saydığını say, gör fələk nə sayır. Sənə bu doğum günündə tək bir arzum, Allah tez bir zamanda bağlı qapını açsın. Əslində çox yaxşı bir insansan, bunu mənim qədər hər kəs dərk edə bilməz. Qalan arzularımı isə sən azadlıqda olanda deyəcəm. Yadındadırsa sənə söz vermişdim ki, toyunu özüm edəcəm. O sözüm hələ də qüvvədədir".
 
Qeyd edək ki, T.Səmədova ilk dəfə müğənni Kərim ilə ailə qurub. Cütlük bir neçə il əvvəl qalmaqalla boşandılar. 
 
İman
BAKU.WS