VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz"un "Şou məkan" verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.

Tanınmış ifaçı fərqli geyimlərindən və aksessuarlarından söz açıb: "Elza Seyidcahan illərdir belə geyinir, müzakirələrə səbəb olur. Belə çıxır ki, mən 10, 15, 20 il öncədən irəliləyirəm. Boyunbağım hazır formada xaricdən gəlib. Məşhur bir markanın aksessuarıdır. Boynumdakı qızılgül aksessuarı da Amerikada yaşayan stilistimin əl işidir. Ayaqqabıları və paltarı isə bacım Lalə Seyidcahan hazırlayıb. Yollayırlar ki, Elza xanım, mən sizin üçün əl işi ayaqqabılar hazırlamışam. Baxmışam, ancaq bəyənməmişəm. Adətən məni çılpaq göstərəcək geyimləri təqdim edəndə deyirlər ki, siz gözəlsiz, vücudunuz gözəldir, açıq-saçıq geyinin. Ancaq mən özüm üçün sərhəd qoyuram. Mən paltar geyinəndə harasısa açıq olanda zənglər gəlir ki, biz sizə bu cür öyrəşməmişik.”. 

O, çox kilolu olmaq və arıq olmaq barəsində də danışıb: "Arıqlayırıq, ət tökürük. Pis əməllərdə də insanlara arıqlamağı, ət tökməyi məsləhət görürəm. Hara gedirsən, bir fikirlə qarşılaşırsan: arıqlama, pəhriz. O vaxtın qadınları boğazlarının buxağını, bədənlərini, qarınlarını göstərmək üçün sıraya düzülürdülər. Şəkil çəkdirirdilər. Kiminsə həyat yoldaşı arıq olanda deyirdilər ki, yəqin əri buna yemək vermir. Kilolu olmaq niyə çətindir? Çünki kilolu olmaq hər adamı gözəl göstərmir. Paltar da yaraşmır hər adama. Ancaq arıq adama hər şey yaraşır”. 

Elza xanım Elariz Məmmədoğlunun onun üçün şeir yazmasına isə belə reaksiya verib: "Elarizin yazdığı şeir mənim bir çox şeirimdən yığma sözlərdir. Bütün şeirlərimi o qədər oxuyub ki, onlardan ilhamlanıb şeir yaradıb. Elariz, gözəl mütaliə etmisən. Çoz gözəl, ordan şeir yaratmısan. Elariz, mən də səni sevirəm”.

Sənətindən də söz açan Elza xanım kütlə zövqü üçün çalışmadığını, mahnıları ilə kütləni arxasınca apardığını söyləyib: "Baxırsız ki, gündəm musiqisi oxuyur, kütlə mahnısı oxuyur. Qara Qarayev deyib ki, heç bir zaman sənətinizi kütləyə endirməyin, kütləni sənətinizə qaldırın. Ola bilər ki, kütlə bizim sənətimizi başa düşmür. O demək deyil ki. Mən kütlənin səviyyəsinə enməliyəm. Mən onları öz sənətimə qaldırıram. Siyasətin deyə bilmədiyi sözü incəsənət deyir”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
 
BAKU.WS