Aktyor Fərda Xudaverdiyev iştirakçısı olduğu "Maşın" şousundan danışıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, aktyor heç bir qruplaşmada yer almadığını deyib.

O bildirib ki, hədəfi avtomobili udmaqdır:

"Sırf bu maşından danışmaq istəyirəm, heç bir qrupda yoxam. Bu günə kimi bir qrupum olub, o da universitetdə. Düşərsiz otaqdayam. Ora bir dəfə Üzeyir Mehdizadə gəldi, o da getdi. Mənim qarşımda, maşının uc hissəsində kim dayanırsa, hamı bir-bir gedir.

Üzeyir Kənan orada dayanandan sonra getdi. Necə başlamışam, oyuna o cür də davam edəcəm. Mənə maşın vacibdir. Bir də çalışıram heç kimlə münasibətim pozulmasın".

Qeyd edək ki, ötən gün şoudan jurnalist Vüqar Vüqarlı gedib.
 
BAKU.WS