SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir ötən gün müğənni Nadir Qafarzadənin İnstagram hesabına şəkil göndərib.
 
PrimeTime.Az xəbər verir ki, fotoda rejissor Kənan MM-in onun üçün apardığı bazarlıq yer alıb. Cahangir fotonu Nadirə göndərərək "Sox gözünə, alçaq. Kənana inanmırdınız" sözlərini yazıb. Qafarzadə bu barədə şəxsi hesabında məlumat verib və ərzaqların şouda Kənana verildiyini qeyd edib:
 
"İndi buna nə ad verək?! Guya o ərzaqları Kənan öz pulu ilə alıb göndərib?! Ərzaqları Kənana şouda veriblər. O da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib. Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir".
 
BAKU.WS