SİZİN REKLAM BURADA!
055 213 76 73



"Maşın" realiti şounun axşamkı anonsu yayılıb. 

BAKU.WS xəbər verir ki, bu dəfə əsəblər gərginləşib, artıq maşının ətrafında durmaq getdikcə daha da çətinləşib.
 
Dünən baş verən qalmaqal bu gün sözsüz ki, davam edəcək. Pərvin Abıyevanın Səidə Sultan tərəfindən şoudan uzaqlaşdırılması yeni qarşıdurmanın əsasını qoyub. Şouda bundan sonra daha gərgin mübarizə sizi gözləyir. 

Şouda hazırda Təranə Qumral, Oksana Rəsulova, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Aqil M. Quliyev, Kənan MM, Elcan Rəsulov, Səidə Sultan, Vüqar Vüqarlı, Azər İsmayılov, Fərda Xudaverdiyev, İslam Mehrəliyev mübarizə aparır.
 
Qeyd edək ki, realiti şour hər axşam saat 22:00-da ATV telekanalında yayımlanır. Bugünki çox maraqlı bölümü qaçırmayın. 
 
BAKU.WS