SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl qalmaqal yaşadığı xalq artisti Flora Kərimova ilə barışmaq istəyir.

BAKU.WS məlumat verir ki, müğənni şəxsi Instagram hesabında xalq artisti ilə şəklini paylaşıb:

"Mən kinli adam deyiləm. Allah hamıya ürəyinə görə versin. Mən bu xanımı sevirəm. Bilirəm ki, o da məni çox istəyir”.

Xatırladaq ki ki, "Nanəli” verilişində "Maral, maral” mahnısının tənqid olunması Nadir Qafarzadəni özündən çıxartmışdı və ifaçı verilişi tərk etmişdi. Flora Kərimova isə Qafarzadənin ünvanına sərt sözlər demişdi. Müğənni də öz növbəsində cavab olaraq xalq artistini tənqid etmişdi.
 
BAKU.WS