VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan teleaparıcı Lətafət Ələkbərova maraqlı açıqlamalar verib. 

Sevilən aparıcı həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb: "Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim ailəm dağılsın. Gördüm ki, olmur. Olmayanda olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım. Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Övladı ilə özü görüşmək istəmir. Uşaq özü də istəmir. Hər iki tərəf bir-birinə dayaq olmalıdır. Çox fədakarlıq etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir. Sevgi qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların xətrinə, yaşananların xətrinə dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdi. Ayrılandan sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi". 
 
Tanınmış aparıcı yenidən evlənə biləcəyini söyləyib: "Bəzi ağzıgöyçəklər deyir ki, bunu heç kim almır. Mən öz övladımı düşündüyüm üçün ərə getmədim. Qızımı övladı kimi sevən, ona güvənə biləcəyim insan olsa, o zaman razı olaram. Qızıma qarşı həssas və qısqancam".
 
BAKU.WS