VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Aygün Kazımova uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb.

BAKU.WS xəbər verir ki, müğənni 45 il öncə çəkilən şəklini "İnstagram” bloqunda yerləşdirib.

O, şəkilə "Bu da mənəm. Düz 45 il, 4 ay öncə... Darıxdığım isə anam və atamdır...”- qeydini yazıb.
Diqqətlə baxan zaman, müğənninin valideynlərini şəkildən kəsib çıxardığı da diqqətdən yayınmayıb.
 
Onu da qeyd edək ki, yaradıcılığının ilk illərində valideynləri Aygün Kazımovanının müğənnilik fəaliyyətini dəstəkləməyib. Buna görə ifaçı uzun illər valideynləri ilə küsülü olub.
 
A.Kazımovanın sözügedən fotosunu oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS