Qalmaqallı prodüser Tolik (Tarix Əliyev) evlənmək istəyir.

BAKU.WS xəbər verir ki o, bu haqda rejissor Nail Naiboğlunun "Stop” (Youtube İN TV) layihəsində danışıb.

"Evlənmək istəyirəm, amma bəziləri kimi yalandan yox. Evlənib arvadı ilə bir evdə yaşamayanlardan olmaq istəmirəm. Atam açıq ürək əməliyyatı keçirmişdi. Allah onu mənə ikinci dəfə qaytardı... Bu yaxınlarda atam əməliyyat olanda mənə dedi ki, bax, nəvəm olsaydı, yanımda qalardı, mənə qulluq edərdi. Pis oldum, gəldim, o qədər ağladım ki... Bilirsiniz ki, mən bir dəfə evli olmuşam. 37 yaşım var, yalançı toy edib, pul yığıb, 3 ay sonra boşana bilmərəm. Elə bir insanla ailə qurmalıyam ki, məni olduğum kimi qəbul etsin. 19 yaşında qız alıb bədbəxt edə bilmərəm. Evlənməsəm, gedib Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam. Biləcəyəm ki, öz övladımdır və xoşbəxt yaşayacağam. Elə bir insanla ailə qurmalıyam ki, məni olduğum kimi qəbul etsin. Əgər qismətimdə
evlilik olmasa, Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam. Sonra da ona xoşbəxt, firavan həyat verəcəyəm”, deyə Tolik bildirib.
 
Həmin görüntüləri oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS