SİZİN REKLAM BURADA!
055 213 76 73




Müğənni Günay İbrahimli şəxsi həyatından, ailəsindən və yerli şou-biznesdən danışıb.

BAKU.WS xəbər verir ki, ifaçı ARB TV-də yayımlanan "Gəlin danışaq” verilişində qonaq olarkən, dayılarının uzun illərdir onunla küsülü olduğunu deyib:

"Valideynlərim musiqiçi olub. Sənətə gəlməyimə onlar icazə verib. Əlbəttə ki, onların icazəsi olmasa, müğənni olmazdım. Qohumlarım valideynlərimə irad tuturdular ki, niyə icazə vermisən qızın müğənni olub? Dayılarım da müğənni olduğuma görə düz 9 ildir ki, mənimlə danışmırlar, küsülüdürlər”.
 
Müğənni son zamanlar efirə nadir hallarda çıxmağından da söhbət açıb:
 
"Bəzən görürsən ki, siyasi xarakterli bir verilişə çağırırlar. Axı mən siyasətçi deyiləm. Məni verilişə psixoloq kimi dəvət edirlər. Axı mən müğənniyəm. Ona görə də son zamanlar efirlərə az-az çıxıram. Onu da deyim ki, iki ilə yaxındır ki, şou-biznes adamlarından kənar gəzirəm. Kənar adamlarla dostluq edirəm”. 
 
Aysel.Ş
BAKU.WS