SİZİN REKLAM BURADA!
055 213 76 73



 
Xalq artisti Faiq Ağayevlə müğənni Günay İbrahimlinin ardınca digər sənət adamları, tanınmışlar Xəzər dənizində baş verən faciəli hadisə ilə bağlı istifadəçisi olduqları social şəbəkələrdə paylaşım ediblər.

BAKU.WS xəbər verir ki, müğənnilər Elton Hüseynəlliyev, Rahidə Baxışova, Sevil və Sevinc bacıları, Nadir Qafarzadə, Gülay Zeynallı, Rəqsanə İsmayılova, Xatun Əliyeva, Bahar Lətifqızı, Aysel Əlizadə, biznes ledi Ruhi Əliyeva, aparıcı Vüsalə Əlizadə və rəqqasə Fatimə Fətəliyeva Xəzər dənizində 10 neftçi itkin düşən neftçilərimizlə bağlı təəssüf dolu cümlələr yazıblar, hadisədən dolayı çox üzüldüklərini bildiriblər.
 
Xatırladaq ki, 15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 
Nəticəsə 9 neftçi itkin düşüb, birinin isə meyiti tapılıb.
 
BAKU.WS axşam.az-a istinadən onların paylaşdıqları fotoları oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS