Müğənni Afaq Aslanın bir müddət öncə barəsində açıqlama verən həmkarı Əli Mirəliyevi məhkəməyə verməsi haqqında məlumat yayınlamışdıq.

BAKU.WS xatırladır ki, Ə.Mirəliyev A.Aslanın "1 milyona soyunaram” açıqlamasına "O lüt soyunan Afaq var ha, kimdir ona bir milyon verib soyunduran?! Afaqda nə artıq bir şey var ki, ona milyon versinlər? Soyunub neyləyəcək? Möcüzə yaradacaq? Soyunmağın qiyməti bu qədər deyil. Getsin, ədəb-ərkanla özünə bir iş tapsın. Harada işləyirsə-işləsin, müğənni və ya aktrisa sözünü dilinə gətirməsin” – demişdi.
 
Bu sözlədən sonra isə A.Aslan qarşı tərəfi məhkəməyə verdiyini söyləmişdi. Hətta təzminat olaraq 110 min tələb etmişdi:
 
"Niyə dilinə yiyəlik etmədiyini məhkəmədə deyər. Nəvəsi yaşında qızam, amma məndən əl çəkmir. Get öz yaşıdlarına söz at, mənə yox”.
 
Əli Mirəliyev BAKU.WS-ə məhkəməyə verilməkdən qətiyyən qorxmadığını dedi. 

"Afaq məni məhkəməyə verincə oxumağı öyrənsin” – söylədi.
 
Bu qalmqalın sonunun necə olacağını isə zaman göstərəcək.
 
Aysel.Ş
BAKU.WS