SİZİN REKLAM BURADA!
055 213 76 73



Mərhum Məmmədbağır Bağırzadənin oğlu, müğənni Rahim Bağırzadə Xəzər Tv-də yayımlanan 5/5 verilişinin qonağı olub.

BAKU.WS big.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdə onun haqqında yazılan xəbərlərə münasibət bildirb.
 
"İnsanlara bir söz demək istəyirəm. Məmmədbağır Bağırzadə dünyada deyil. Dünən hamı mənə zəng vurub. Mətbuatda yazılıb ki, saxtakarlıq, dələduzluqla məşğulam. Dələduzluqla məşğul olan şəxs efirə çıxa bilər? Məhkəməyə gedər? Mən bir nəfərdən pul almışam. Biznes aləmidir, hər kəs uğur əldə etmir. Ziyana düşdüm. Qohumlarım sağ olsun, torpaq sahəsi ayırıblar. Oranı satıb borclarımı bağlayacağam. Nardaran əhli arxamdadır. 3 övladım var, dünən onlar məktəbə getməyiblər. Özü də şərəf lövhəsində şəkili olan uşaqlardır. 
 
Hamının problemi var, 500 minə yaxın borcum var idi. Atamın bağını satdım, yavaş-yavaş ödədim. İndi 70 min manatdan çox borcum qalıb. İnsan xəcalət çəkir. Bircə ata evim qalıb. Əsəbilərim pozulub, intihar etmək istədim. İmkan vermirlər ki, oxuyub pulumuzu qazanaq”.
 
BAKU.WS