SİZİN REKLAM BURADA!
055 213 76 73



Zühal Topalın evlilik verilişində məşhurlaşan azərbaycanlı qız Naz Bakıya gəldikdən sonra sevgilisi Bahanın da paytaxtımıza təşrif buyurması haqda xəbər vermişdik.

BAKU.WS xəbər verir ki, Baha sevgilisi Nazı axtaran zaman Bakıda foto çəkdirərək, "İnstagram” bloqunda paylaşmağı da unutmurdu.
O, yenidən paytaxtımızda çəkilən şəklini bölüşüb.

Fotoya "Gözəl şəhər Bakı. Memarlığına, küçələrinə, bazarına heyran qaldım. Yaxın vaxtlarda yenidən həm də uzun müddətə yenidən bura gələcəyəm” – qeydini yazıb.
 
Qeyd edək ki, Naz ilə Bahanın evlilik verlişində başlayan münasibəti dəfələrlə pozulub. Naz Bahadan uzaqlaşmaq üçün ötən ay Bakıya gəlmişdi. Sevgisini isbat etmək istəyən Baha isə Nazın ardınca Bakıya yollanmışdı. Nazı təkrar Türkiyəyə qaytararaq, Zühal Topalın verilişində onunla nişanlanan Baha, yenidən uğursuzluğa düçüar olmuşdu. Belə ki, bir həftə sonra Naz Bahanın nişanını qaytarmışdı.
 
Onu da əlavə edək ki, Azərbaycanlı qız Naz Mila qalmaqallı açıqlamaları ilə həm Türkiyə mətbuatında, həm də Azərbaycan mətbuatında tanınır.
 
Aysel.Ş
BAKU.WS