"Yaşamalıyam, belə ola bilmərəm" - Xalq artisti (VİDEO)
05
okt
2018
15:15
Xalq artisti Naibə Allahverdiyeva keçirdiyi ağır günlərdən danışıb.BAKU.WS-in məlumatına görə, aktrisa “Şou news” verilişində deyib ki, anası öldükdən sonra depressiyaya düşüb. Göz yaşlarını saxlaya bilməyən Naibə dəfələrlə psixoloqa getdiyini etiraf edib:“Ondan sonra çox pis idim. Özüm-özümü sağaltdım. Böyük mübarizə apardım. Həkimin yazdığı dərmanları atırdım kənara. Mənə heç kim kömək etmədi. İndi də özümü hərdən pis hiss edirəm. Dedim ki, yaşamalıyam, belə ola bilmərəm. Bütün həyatımı övladıma və sənətimə həsr etmişəm. Hər şeyi həyatda damla-damla qazanmışam. Mənim üçün heç nə hazır olmayıb”.BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımovanın başında üzərlik alışdı
Xalq artisti Aygün Kazımovanın başında üzərlik yanıb. BAKU.WS xəbər verir ki, hadisə xına məclislərindən birində yaşanıb. Şairə Nazilə Səfərli qeyd edib ki, mə...