SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur müğənnisi İrem Derici xəstəxanaya yerləşdirilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, festivalda səhnəyə çıxmalı olan ifaçının səhhətində problem yaranıb.

Yüksək hərarət və qaytarma ilə xəstəxanaya aparılan müğənnidə ağır infeksiya aşkarlanıb.

"Səhərə yaxın qusma və yüksək atəşlə xəstəxanaya aparıldım. İnfeksiyaya yoluxmuşam, 3 gün danışmağa da icazə verilmir. Vəziyyət səs tellərimə də yansıyıb. Son dəqiqəyə qədər bəlkə ayağa dura bilərəm deyə, gözlədik. Həftələrdir gözlədiyim festivalda iştirak edə bilmədiyim üçün məyusam. Mən nə hallarda səhnəyə çıxmışam, amma səs gedəndən sonra əldən bir şey gəlmir" - deyə, sənətçi açıqlamasında bildirib.

BAKU.WS