Əməkdar artist Elza Seyidcahan Bayraq günündə Azərbaycan himninin sözlərini təhrif edərək, oxumasına münasibət bildirib.

Bəstəkar-müğənni BAKU.WS-ə açıqlamasında "İllərdir ki, Bayraq günündə, Azərbaycanın Müstəqillik, Qurtuluş və digər özəl günlərdə dəfələrlə himnimizi oxumuşam” – deyir:

"Elza Seyidcahan belə günlərdə himinimizi oxuyub, bayrağımızı yüksəklərə qaldıran vətənpərvər qızdır. Hətta Bayraq günündə himnimiz olan bukletləri, bayraqlarımızın rəmzi mənasını əks etdirən broşuraları insanlara payladıq. Həm də insanlarla birlikdə himnimizi dəfələrlə ifa etdik. Himnimizin sözlərinə gəlincə, mənim özünəməxsus ifam, zümzüməm, improvizəm bəzi paxıl insanlar tərəfindən yanlış anlaşılıb. Bayraq gününü təntənəli qeyd etdiyimizə görə, ulu öndərimiz Heydər Əliyevə, şəhidlərimizin ruhuna, 25 ildir Müstəqil Azərbaycanımızın yolunda əziyyət çəkən insanlara təşəkkür etdiyimizə üçün bəziləri bunu qısqanclıq, paxıllıq hissi ilə qarşılayır”.
 
E.Seyidcahan Bayraq günündə etdiyi aksiyada-tədbirdən də söz açıb: 
 
"Düşünürəm ki, Bayraq günü ilə bağlı etdiyim aksiya olduqca uğurlu alındı. Dəfələrlə Azərbaycan himnini tam düzgün şəkildə oxumuşam, amma heç kim münasibət bildirməyib. Amma Elzanın bilərəkdən etdiyi bu ifası, Azərbacan himninin bir kəlməsini belə oxuya bilməyənləri deyəsən, yaman silkələyib. Məncə, əsl uğur budur. Yeri gəlmişkən, Bayraq günündə təşkil etidiyim tədbiri bəzi saytlar "Elza bu dəfə küçəyə belə çıxdı” başlığı ilə xəbər etdilər. İnsanlar da yazını məhz bu başlığa görə oxudu. Onu da deyim ki, himnimizi özünəməxsus tərzdə zümzümə etməyim insanları yaxşı mənada silkələyib. O ki, qadlı qanunu pozanlara onlar məhkəmədə cavab verəcəklər.

Ay evdə oturub, onu-bunu təhqir edənlər, siz Bayraq günündə nə etdiniz? Elza sizin kimi deyil. O, dövlətini, himnini, bayrağını, xalqını, vətənini, el-obasını sevməsəydi, indi sizin kimi evdə oturub, kababdan yeyib, dincələrdi… Onun böyük layihəsi uğurlu alındı, yaxşıca silkələndiniz. Yaxşısı budur, Azərbaycan himnimizi əzbərləyək.
 
Yəni deməyim odur ki, bütün günü sosial şəbəkələrdə oturub, "Bağdad” kimi mahnılara qulaq asıb, ona bənzər mənasız mahnıları bəyənməkdənsə, Elzanın zümzüməsinə qulaq asmaq lap yerinə düşüb”.
 
E.Seyidcahanın Azərbaycan himnini oxuduğu videosunu da oxuculara təqdim edirik:
 
Aytən.H
BAKU.WS