Yaşar Cəlilovdan ETİRAF: “Obyektlərimin biri Vüsalə xanımın adınadır” - VİDEO

Yaşar Cəlilovdan ETİRAF: “Obyektlərimin biri Vüsalə xanımın adınadır” - VİDEO
Video
Şou-biznes 7848

Müğənni Yaşar Cəlilov yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “7 canlı” proqramına qonaq olan ifaçı ona ünvanlanan, “Var-dövlətinizi kimə etibar edərdiniz?”, - sualına cavab verərkən prodüseri, aparıcı Vüsalə Kərimovanın adını çəkir.

Yaşar, “Obyektlərimin biri Vüsalə xanımın adınadır, ona etibar edirəm”, - deyərək əlavə edib.

Xatırladaq ki, Vüsalə Kərimova açıqlamalarından birində, “Cəlilovun anası Aişə xanımla da iş birliyimiz var. Birgə gözəllik salonu işlədirik”, - sözlərini söyləyib.

Məlumat üçün bildirək ki, Yaşar Cəlilovun aparıcı Vüsalə Kərimova ilə 12 illik iş birliyi var.

Son xəbərlər