SİZİN REKLAM BURADA!
055 213 76 73



Model İrina Şeyk və aktyor Bredli Kuper toya hazırlaşırlar.

BAKU.WS-in xarici KİV-ə istinadən məlumatına görə, cütlük münasibətlərini rəsmiləşdirmək fikrindədirlər. 

Onlar toy tarixlərini hələ dəqiqləşdirməsələr də, ailəlikcə tropik bir ölkədə istirahəti planlaşdırırlar. Yaxınlarının fikrində onlar bu tətildə nişanlanacaqlar.

Cütlük toylarını mediadan uzaq, səs-küysüz keçirmək istəyir.

Qeyd edək ki, son zamanlar İ.Şeykin hamilə olması barədə xəbərlər yayılıb.

Əlavə edək ki, İ.Şeyk 5 il "Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ilə sevgili olub. Onlar 
2009-cu ildə "Armani” moda evinin reklam çəkilişlərində tanış olublar.

İrina Şeyk kimi tanınan milliyyətcə tatar model İrina Şeyxülislamovadır. İ.Şeyk 1986-cı il yanvarın 6-da Rusiyanın Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində doğulub. O, 19 yaşında ikən "Supermodel-2004” regional gözəllik müsabiqəsinə qatılıb. Sonradan İrinaya Avropada və ABŞ-da iş təklif olunub. İ.Şeyk hazırda dünyanın ən nüfuzlu jurnallarının üz qabığında görünür.

Aysel.Ş
BAKU.WS