Məşhur model İrina Şeyk yeni fotosessiyası ilə gündəmə gəlib.
 
BAKU.WS məlumat verir ki, model bir cins firmasının reklamı üçün kamera qarşısına keçib. Tərəf müqabili Kris Mur ilə cəsarətli pozalar verən İrinanın yeni fotosessiyası müzakirələrə səbəb olub. Model çəkilişdən bəzi foto və videoları İnstaqram hesabında paylaşıb. İrinanın İnstaqram izləyiciləri foto və videoları birmənalı qarşılamayıb. 
 
Qeyd edək ki, İrina Şeyk hazırda Hollivud ulduzu Bredli Kuperlə sevgilidir. Model əvvəllər də açıq-saçıq fotoları ilə gündəmə gəlib. 
 
BAKU.WS