SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova yeni açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, Xəzər TV-də yayımlanan "Səhər Mərkəzi" verilişinə canlı qoşulan sənətçi yenidən şou-biznesə qayıtdığını açıqlayıb. 

İbrahimova yeni layihələr hazırladığını və Ramazan ayından sonra onları tamaşaçılara təqdim edəcəyini deyib. 

Məlumat üçün bildirək ki, ifaçı 14 il əvvəl türkiyəli iş adamı Ceyhun İzerle evlənib. Onların İpek və Ali adlı iki övladı var. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO