SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Aktrisa Pərvin Abıyeva ötən gün 26 yaşına qədəm qoyub.


BAKU.WS xəbər verir ki o, bu münasibətlə paytaxta yerləşən əyləncə məkanlarından birində özünə doğum günü məcilisi "Pervinkas party” təşkil edib.
Əynində ağ rəngli dərin sinə dekoltesi olan aktrisa, hər zaman olduğu kimi bu dəfə də diqqətləri öz üzərinə çəkə bilib.

Gecədə prodüserlər Tarix Əliyev (Tolik), Təranə Səmədova, müğənni-aparıcılar Sevil-Sevinc bacıları, rejissor Kənan MM, rəqqasə Renka, stilist və stilist Samiraldo (Samir Əliyev), eləcə də ailə üzvləri iştirak ediblər.

Sevil-Sevinc bacılarının idarə etdiyi doğum gününün yaddaqalan məqamlarından biri, Pərvinin yaxın dostu, rejissor Kənan MM-in "Gecə qonağı 2” filminin çəkilişlərini aparması olub. 
Pərvinə hədiyyə gələn ən özəl gül dəstəsi isə prodüser Tarix Əliyevə məxsus olub.

P.Abıyeva doğum günü partisindən sonra "İnstagram”da video yükləyib. Əziz günündə onu tək qoymayanlara təşəkkürünü bildirib:
 
"Bu gün mənim üçün çox gözəl, möhtəşəm bir gün oldu. Yaddaqalan doğum günü partilərimdən biri idi. Düzdür, Məhərrmlik ayında doğum günü məcilisi təşkil etdiyim üçün məni qınayanlar da oldu. Bu, sadəcə doğum günüdür, toy və yaxud da digər təntənəli mərasim deyil. Mənim üçün çox özəl bir gün idi. Sevdiyim, mənə ən dəyərli insanlar ətrafımda idi. Yanımda olduğunuza görə hər birinizə təşəkkürümü bildirirəm”. 
 
P.Abıyevanın "İnstagram”dakı videosunu və doğum günündən olan fotolarını PrimeTime.Az-a istinadən oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS