Demetlə Oğuzhan arasında gərginlik: Özdemir evi tərk etdi

Türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koçun evliliyində gərginlik baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" yayıb.
Qeyd olunur ki, zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən aktrisa üçün yaxın dostları kiçik şənlik təşkil edib.
Məclisdə Oğuzhan həyat yoldaşı Özdemiri incidən hərəkətlər edib.
Mübahisənin böyüməsi səbəbindən Demet Koçla birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu Saadet Özsırkıntının evinə gedib.
Bir neçə gün ayrı qaldıqdan sonra peşman olan Oğuzhan Koç əlində çiçəklə həyat yoldaşının yanına gedərək üzr istəyib.
Jestdən təsirlənən Özdemir evə qayıdıb. Lakin cütlük bir neçə gün sonra yenidən mübahisə edib.
Davanın səbəbi bilinməsə də, məlumata görə Demet təkrar olaraq evi tərk edib.
Qeyd edək ki, cütlük ötən ilin avqust ayında İstanbulda otellərin birində evlənib.
Oxşar xəbərlər
Bu il evlənən türkiyəli məşhur simalar – FOTO
Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar. BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir: Türkiyənin məşhur...
