SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə baş verən zəlzələlərdən sonra inşaat şirkətlərinin və tikilən binaların etibarlılığı müzakirə edilməyə başlanılıb. Bu mövzu ilə bağlı Türk kinosunun əfsanə aktyoru mərhum sənətçi Kemal Sunalın illər əvvəl yaşadığı bir hadisə yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Sunalın həyat yodaşı Gül Sunalın bir müddət əvvəl yutub kanalına yerləşdirdiyi videoda tikinti şirkətləri ilə bağlı dedikləri yenə sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Kamal Sunalın bir tikinti şirkətindən ev qarşılığında müəyyən təklif aldığını açıqlayan Gül Sunal xatirələrini belə izah edib:

"Kamala Antalyada bir tikinti şirkətinin reklam siması olmaq və qarşılığında tikəcəkləri evlərdən birini ona hədiyyə edəcəkləri təklif edilmişdi. O isə bu təklifi geri çevirib. Niyə qəbul etmədin? Antalyada da evimiz olardı dedim. Kamal cavabında, "Gül, əgər bir gün bu evlər çöksə və insanlar o binanın reklamında olduğum üçün mənə inanıb o evləri alsalar, mən belə vəziyyətdə vicdanım qarşısında necə cavab verə bilərəm?", - dedi".

Qeyd edək ki, "Yeşilçam"ın əfsanəvi aktyoru 3 iyul 2000-ci ildə film çəkilişinə getmək üçün mindiyi təyyarədə infarkt keçirərək 55 yaşında dünyasını dəyişib.

BAKU.WS