SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin tanınmış aktrisası Yasemin Yalçın “Kanal D” telekanalında yayımlanan verilişin qonağı olarkən maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, teatrı və kino aktrisası Yasemin Yalçın yaradıcılıq fəaliyyətindən danışıb. O, Türkiyənin tanınmış və “Şaban” obrazı ilə sevilən aktyoru Kemal Sunal ilə ilk tanışlığından söhbət açıb.

Aktrisa bildirib ki, “Şaban” ilə uzaqdan qohumluğu çatır. Səhnədə də, ilk görüşləri maraqlı anlarla yadda qalıb.


“Kemal Sunal ilə film çəkilişi zamanı tanış olduq. Çəkiliş zamanı tanış olduq və salamlaşandan sonra ilk olaraq yatağa girdik. Kemal hündür idi, yatağa sığmırdı. Mən isə balacaboy olduğum üçün yatağın yarısında qalırdım”, - deyə Yasemin Yalçın bildirib.

Ziya SƏCCAD
BAKU.WS