SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ego” mahnısı ilə məhşur olan fransalı müğənni Uilli Uilyam Bakıda konsert prqramında iştirak edəcək.

BAKU.WS xəbər verir ki, konsert oktyabrın 22-də "Elektra Events Hall”da olacaq. 

Gecədə həmçinin paytaxtın bir neçə dəfə qonağı olmuş Hollandiyalı "İn my bedroom” mahnısı ilə məhşur DJ Ralvero da çıxış edəcək.

Konsertin xüsusi qonaqlarından biri də Hollandiyalı MC Tricky Gullivan olacaq.

Onu da qeyd edək ki, gecədə DJ Roshka avropalı sənətçilərlə birgə səhnə alacaq.

Biletlər şəhərin mərkəzi kassalarında satılır.

Aytən.H
BAKU.WS