SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Məşhur "America's Got Talent" müsabiqəsində iştirak edən həmyerlimiz Üzeyir Novruzov yeni performansı ilə hər kəsi heyrətləndirib. 
 
BAKU.WS-in məlumatına görə, yarışmanın növbəti buraxılışında azərbaycanlı "Çarli Çaplin" hündür nərdivanla müxtəlif hərəkətlər edib. Üzeyir Novruzovun şousu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
 
Təhlükəli hərəkətləri ilə diqqət çəkən azərbaycanlı bu dəfə sağ-salamat şousunu başa vurub. 
 
Xatırladaq ki, "America's Got Talent" müsabiqəsinin son buraxılışında azərbaycanlı iştirakçı hündür nərdivandan yerə yıxılmışdı. Bu hadisədən sonra bütün zal və münsiflər heyəti həyəcanlanıb ayağa qalxmışdı. 

ŞAHİN Həbibov
BAKU.WS