Müğənni Türkan Heydərova yeni mahnı oxuyub.

BAKU.WS xəbər verir ki, söz və musiqisi müğənni Elnar Xəlilova aid olan mahnı "Dəli kimi sevdim” adlanır.

"Yayda yaxşı dincəlib, yenidən yaradıcılıq işlərimə start verdim. Xeyli vaxt idi ki, payız mövsümünə uyğun olan lirik mahnı istəyirdim. Müğənni dostum Elnar Xəlilov çox sağ olsun. İstəyimi nəzərə alıb, "Dəli kimi sevdim” adlı mahnını yazdı. Mahnının seviləcəyinə inanıram”, - deyə, müğənni deyib. 

Qeyd edək ki, "Dəli kimi sevdim” adlı bəstənin aranjiman işi E.Xəlilova məxsusdur. 

Aysel.Ş
BAKU.WS