SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlıların Türkiyədə nümayiş olunan evlilik proqramlarında iştirak etməsi heç kimə sirr deyil.

BAKU.WS xəbər verir ki, Zühal Topalın evlilik proqramına Nuray adlı azərbaycanlı qız qatılıb. 

Özünü müğənni kimi təqdim edən Nuray ona elçi düşən Nihat adlı iştirakçını görmək istəməyib. 
 
Başqa bir iştirakçını bəyəndiyini deyib. Daha sonra o, türkiyəli müğənni Berkayın "Beni benden alırsan” mahnısını oxuyaraq, zalda əyləşən digər iştirakçı Aliyə yaxınlaşaraq, onu səhnəyə dəvət edib. Ali isə onun təklifinə könülsüz cavab verib. Əlavə edib ki, Nuraya qarşı heç bir marağı yoxdur.
 
"Lakin etika xatirinə, onu dinləməyə hazıram. Amma bundan başqa məna çıxarmaq lazım deyil”,-  deyən Ali açıq şəkildə Nuraya "yox” cavabını verib.
 
Həmin görüntüləri oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS