VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bu gün məktəblilər yeni dərs ilinə qədəm qoyublar.


BAKU.WS məlumat verir ki, yeni dərs ilinə başlayan uşaqlar arasında məşhurların uşaqları da var. Röya Ayxan, Elnarə Xəlilova, Miri Yusifin oğlu, Rəqsanə İsmayılovanın qızı bu il birinci sinifə başlayır.


Sənətçilər övladlarının ilk dərs günü ilə bağlı təəssüratlarını sosial şəbəkələrdə bölüşüblər.


Röya Ayxan rəsmi Instagram hesabında oğlu Huseynlə fotolarını paylaşıb:


"Allah bu nə varlıqdır? O gözün yumub mənə sarılır, mənim ayağım yerdən üzülür. Demək ki, mən onsuz heç xoşbəxt deyildim. Çox şükür bu günə. Bu gün xoşbəxt olan bütün anaları təbrik edirəm. Övladımın ən böyük arzusu Amerikada oxumaq və Obamanın yerinə keçməkdir. Əziz oğlum, xeyirlisi. Hər kim olursan ol, ən önəmlisi insan ol. Obama, hazır ol, oğlum gəlir” deyə müğənni yazıb.


Elnarə Xəlilova da oğlunun ilk dərs günü ilə bağlı təəsüratlarını bölüşüb:


"Mənim ümidim, köməyim, oğul. Arxam, dayağım, dirəyim, oğul. Düşmənim yoxdur Çəpərim Oğul. Noğulum, qəndim, şəkərim, oğul. Səni 1-ci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm! O gün olsun ki, ali məktəbə gedəsən”.

 

BAKU.WS