SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova və bəstəkar-müğənni Rəhim Rəhimli Qurban bayramı münasibətilə "Şamaxı Palace”da konsert verib. 

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, "Şou Aygün Rəhimli” adlanan gecənin aparıcılığı Ruslan Ağayevə həvalə olunub. 
Səhnəyə ilk olaraq Rəhim Rəhimli çıxıb. Rəqs qrupunun müşayiəti ilə mahnılarını səsləndirən R.Rəhimli daha sonra piano arxasına keçib və canlı musiqi təqdim edib. 

Konsertin ikinci hissəsində səhnəyə A.Kazımova çıxıb. Müğənninin mahnıları və şousu alqışla qarşılanıb. 
 
A.Kazımovanı səhnədə Nailə Məmmədzadənin rəhbəri olduğu rəqs qrupu müşayiət edib. Sonda A.Kazımova və R.Rəhimli "Hər şey düzələr” duetini səsləndirib. Konsertin səs rejissorluğu Yaşar Baxışa həvalə olunub.

A.Kazımovanın saç və makiyajı üzərində Qusik Simon çalışıb, geyimini isə Gulya xanım hazırlayıb. Konsertin səhnə tərtibatı ilə dizayner İbo məşğul olub. Konsertin rejissorluğunu Aynurə Səmədova və Anar Hüseynov edib.
 
A.Kazımova Şamaxı ilə bağlı təəssüratlarını bölüşüb:
 
"Azərbaycanımı necə sevdiyimi hər kəs bilir. İllərdir bolgələrdə verdiyim konsertlər mənə tamam ayrı stimul verir. Buna səbəb isə Azərbaycanın füsunkar təbiətə malik olmasıdır. Təbiət qoynunda baş tutan konsertlərdə özümü tamam fərqli hiss edirəm”.
 
BAKU.WS