Avroviziya təmsilçimizin keçmiş qayınanası vəfat etdi - FOTO

Avroviziya təmsilçimizin keçmiş qayınanası vəfat etdi - FOTO
Foto
Şou-biznes 1459

Aktrisa Fərqanə Quliyeva vəfat edib.

Bu barədə BAKU.WS-ə aktrisanın üzvü olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib. Aktrisanın uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi vurğulanıb.

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. O, 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. Onun filmoqrafiyası da kifayət qədər zəngindir.

Fərqanə Quliyeva (“Gözlə məni” (1980), “Gümüşü furqon” (1982), “Qaladan tapılan mücrü”(1982), “Tilsim” (2005) adlı filmlərdədə rol alıb.

Məlumat üçün bildirək ki, Fərqanə xanım "Avroviziya-2012" təmsilçimiz, Əməkdar artist Səbinə Babayevanın keçmiş qayınanasıdır. Səbinə aktrisanın rejissor oğlu Cavidan Şərifovla evli olub. Daha sonra onlar boşanıblar.

Oxşar xəbərlər

Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO

Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO

Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...

940 Şou-biznes 10:37 07 sentyabr 2022

Son xəbərlər