Bella Hadiddən Məhsa Əmininin ölümünə reaksiya: "Buna layiq deyildin" - FOTO

Son bir neçə gündür İranda əxlaq polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz aksiyaları keçirilir.
BAKU.WS xəbər verir ki, dünya gündəmində rezonans doğuran hadisəyə bəzi məşhurlar səssiz qalmayıblar.
Onlar sosial şəbəkə hesablarında Məhsanın ölümünə etirazlarını bildirən paylaşımlar ediblər. Məşhurlar arasında model Bella Hadid də var.
O, 54 milyon izləyicisi olan instaqram hesabında "Məkanın cənnət olsun. Sən buna layiq deyildin... Ailəsinə və sevdiklərinə səbir diləyirəm" sözlərini yazaraq Məhsanın vəfatı üçün kədərləndiyini bildirib.
Xatırladaq ki, Xalq artisti Aygün Kazımova və Günel Zeynalova da Məhsa Əmini ilə bağlı paylaşım ediblər.

Oxşar xəbərlər
Aygün Kazımovadan Məhsa Əminin ölümünə etiraz: "Bu həyatda nələr çəkdin" - FOTO
Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, sənətçi 1.2 milyon izləyicisi olan instaqram hesabında İranda zorakılığ...
