SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda növbəti dəfə mahnı qalmaqalı baş verib. 

Elə ifaçılar var ki, onların əsas işini internet, "YouTube” vasitəsilə tanış oluruq. Belə müğənnilərdən biri də Asif Məhərrəmovdur.

Haqqında danışdığımız müğənni Asif Məhərrəmov İran pop musiqisinin "imperatoru" adlandırılan Morteza Paşayenin 2013-cü ildə ifa etdiyi "Jadeye Yektarafe” ("Sonsuzluğa gedən yol”) adlı mahnısını "Gecə-gecə” adı ilə oxuyub.

Əgər Asif Məhərrəmov Morteza Paşayenin mahnısını müəllifi göstərmədən oxuyursa və bundan heç kimin xəbər tutmayacağını düşünürsə, yanılır. Çünki musiqi zövqü, duyumu olan insanlar Asif Məhərrəmovu tanımasalar da, 30 yaşında vəfat edən Morteza Paşayenin qısa lakin mükəmməl yaradıcılığına bələddirlər.

BAKU.WS oxucularına hər iki mahnının audio-linkini təqdim edirik:
 
Aysel
BAKU.WS