SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, hər zaman azərbaycanlı həyat yoldaşı Suada Hacızadə ilə bağlı paylaşım edən Kris bu dəfə nənə və babasının görüntülərini yayımlayıb. 

O, fotolara "Nənəm və babamla keçirdiyim bütün gün möhtəşəmdir. Bu mükəmməl şəkillərə gözəl həyat yoldaşıma təşəkkür edirəm. Hamınızı sevirəm".

Xatırladaq ki, Krislə Suada tiktokda tanış olublar. Cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA